Şrift:
18 gün əvvəl saxlanılan Abbas Lisanin vəziyyəti haqda məlumat verilməməsi nigaranlığa səbəb olub
02.02.2019 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aidiyyatı orqanlar tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin saxlanmasından 18 gün keçməsinə baxmayaraq onun vəziyyəti haqda məlumat verməkdən imtina edir.

Bu məsələ fəalın ailəsi və azərbaycanlı milli-mədəni fəalların nigranlığına səbəb olub.

Fəalın yaxınları bu müddətdə dəfələrlə Ərdəbil Məhkəməsinə müraciət edərək fəalın vəziyyəti haqda məlumat almaq istəyiblər, lakin onlara məsullar tərəfindən cavab verilməyib, hətta təhdidlə üzləşiblər.

Bu müddətdə yalnız Təbrizin İnqilab Məhkəməsinə müraciət edildikdən sonra fəal barəsində çox qısa məlumat verilib. Bildirilib ki, fəal yanvarın 15-də Təbriz Məhkəməsində mühakimə edildikdən sonra Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq Ərdəbilə aparılıb, o hazırda zindanın karantin bölümündə aclıq aksiyası keçirməkdədir.

Abbas Lisaninin Təbriz Məhkəməsində Ettelaat İdarəsinin əməkdaşları tərəfindən oğurlanması bu iki orqanın sıx işbirliyindən xəbər verməkdədir.

Bundan əvvəl həbsxanalarda keçirdiyi uzunmüddətli aclıq aksiyaları ilə bağlı tanınmış fəalın sağlamlıq durumu yaxşı deyil, o qaraciyər xəstəliyindən əziyyət çəkir.

Ötən günlərdə yüzlərlə soydaşımız və azərbaycanlı fəal “Mən də Abbas Lisaniyəm” adı ilə kampaniya keçirərək fəalın vəziyyəti haqda öz nigaranlıqlarını bildirib və onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Bundan əlavə, Güney Azərbaycanın əksər şəhərlərində divarlara “Abbas Lisanini azad edin”, “Azərbaycan millətinin müdafiəçisini sərbəst buraxın” və s. kimi şüarlar yazılıb.
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed