Şrift:
Azərbaycanlı rejissorun filmi Amerika festivalında 6-cı uğuru qazandı
04.02.2019 [10:17] - Mədəniyyət
Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi yanvar ayının 31-də Los Angeles və Batı Hollywood ətrafında keçirilən New Dreams International Film Festivalında uğur qazanıb. Film may ayının 30-da birincilik uğrunda mübarizəyə başlayacaq.
Bu barədə “Şollerin arxivi” filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi müəyyənləşdirilib.
Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Tahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuşdur. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed