Şrift:
Azərbaycanlı uşağa adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi verilmir – GÖRÜNTÜ
04.02.2019 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Tikantəpə şəhərində valdeyinlərinin “Onur” adı verdiyi uşağa 20 aydır ki, şəxsiyyət vəsiqəsi verilmir.

Bu barədə azərbaycanlı uşağın atası Əli Hidayəti Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, Tikantəpə Qeydiyyat Şöbəsinin məsulları “Onur” adının idarəyə elan olunan siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vesiqəsi verməkdən imtina edirlər.

Qeydiyyat Şöbəsinin məsulları “Onur” adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildiriblər.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb. Şübhəsiz ki, bu qərar İran rejiminin Azərbaycan türklərinə qarşı asimilasyon siyasətinə xidmət edir.

Bundan əvvəl xəbər verdiyimiz kimi, son vaxtlar “Alporhan”, “Şaman” və “Xaqan” adı verilən azərbaycanlı uşaqlara şəxsiyyət vəsiqəsi verilmirdi. Lakin bu, valdeyinlərin uzun müddət mübarizəsindən sonra mümkün olmuşdur.

Azərbaycanlı uşağa adı türkcə olduğu üçün şəxsiyyət vəsiqəsi verilmir – GÖRÜNTÜ
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed