Şrift:
İranda “Bəsic” qərargahına qarşı silahlı hücumda 1 “Sepah”çı öldürülüb, 6-sı yaralanıb
04.02.2019 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Sistan-Bəlucistan əyalətinin Nikşəhr şəhərində “Bəsic” qərargahına qarşı silahlı hücumda 1 “Sepah”çı öldürülüb, 6-sı ağır yaralanıb.

Hadisə, fevralın 2-si sübh saatlarında baş verib. Bir neçə naməlum silahlı şəxs, “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” qərargahının divarını aşaraq, sübh mərasiminə toplanmış hökumət qüvvələrinə qarşı odlu silahlardan atəş açıblar. Hücum nəticəsində 1 “Sepah”çı (Murtuza Əli Əhmədi) yerindəcə həlak olub, 6-sı ağır yaralanıb. Yaralı “Sepah”çılar (Raufi Nejad, Heydəri, Pudinə, Əbdülbasit Bəluçi, Əbdülqəffar Huti və Həsən Səlahzehi) xəstəxanaya yerlədirilib. Onlardan ikisinin səhhətinin ağır olduğu bildirilir. Hücumçular hadisə yerindən qaça biliblər

Hadisədən az sonra, İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən, hərbi bazaları Pakistan ərazisində olan “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq, hücumun məsuliyyətini öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 561 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed