Şrift:
Azərbaycan sahibkarları Qaraçay-Çərkəz Respublikasının investisiya layihələri ilə tanış olacaqlar
05.02.2019 [10:47] - Türk dünyası-Turan
Azərbaycanın işgüzar dairələrinin nümayəndələri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı investisiya layihələri ilə tanış olacaqlar.

Bu barədə Qaraçay-Çərkəz Respublikasının “Arxız-24” televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, Azərbaycanın biznes dairələrinin nümayəndələrinin daxil olacağı nümayəndə heyətinin səfərinin məqsədi Qaraçay-Çərkəz Respublikasının investisiya layihələri və iqtisadi potensialı ilə tanış olmaqdır.

Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun sözlərinə görə, Bakıya səfəri çərçivəsində sənaye, turizm, tərəvəzçilik, bağçılıqla bağlı məsələlər müzakirə olunub: “Düşünürəm ki, bizim böyük potensialımız var, biz onu artırmaq üçün əlimizdən gələni etməliyik”.

Xatırladaq ki, Qaraçay-Çərkəz Respublikasının başçısı R.Temrezovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycanda səfərdə olub, müxtəlif görüşlər keçirilib. Həmçinin nümayəndə heyətinin üzvləri Bakıdakı bir neçə istehsal müəssisəsi ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed