Şrift:
2028-ci ildə Avropa çempionatı İtaliyada keçirilə bilər
09.02.2019 [10:14] - Gündəm, İdman
İtaliya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi edə bilər.

arici KİV-lər xəbər verir ki, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yerli mətbuata açıqlamasında deyib.

“Bu, bizim proqramımızda yer alan əsas ideyalardandır. Ümid edirəm ki, UEFA təklifimizi dəyərləndirəcək. UEFA və FIFA-nın bu layihənin reallaşmasına dəstək verməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə federasiya prezidenti vurğulayıb.

Qeyd edək ki, növbəti qitə çempionatı 2020-ci ildə Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində keçiriləcək. 2024-cü ildə isə Avropa çempionatına Almaniya ev sahibliyi edəcək.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed