Şrift:
TDƏŞ-in baş katibi: Türk Şurasının Bakıda keçiriləcək sammiti orta və kiçik biznesin inkişafına həsr olunacaq
11.02.2019 [10:14] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreevin müsahibəsini dərc edib.

Müsahibədə təşkilatın fəaliyyətindən söhbət açılır, TDƏŞ-in 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən sammitində əldə edilən razılaşmaların yerinə yetirilməsi haqqında danışılır. Bildirilir ki, Macarıstan ilk dəfə iclasda müşahidəçi qismində iştirak edib.

Müsahibədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir il əvvəl İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. İqtisadi istiqamətdə belə bir fondun yaradılması mühüm məsələdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə Türk İnteqrasiyası Fondunun yaradılmasını təklif edib. Bu iki təşəbbüs əsasında fond yaratmaq istiqamətində iş aparılır. Baş katib deyib ki, bu, iqtisadi əlaqələrə, kiçik və orta biznesin inkişafına müsbət təsir göstərəcək. Bu günlərdə isə Azərbaycan tərəfi ilə belə qərara aldıq ki, növbəti sammit Bakıda keçirilsin. Bu sammit orta və kiçik biznesin inkişafına dəstəyə həsr olunacaq.

Bağdad Amreev qeyd edib ki, keçən il Daşkənddə Türk Şurasının üzvü olan dövlətlərin Ticarət Sənaye Palataları rəhbərlərinin görüşü keçirildi. Burada təşkilatın daimi üzvü olan dörd dövlətdən əlavə Özbəkistan və Türkmənistan da iştirak edib. “Bu görüşdə isə ümumi Ticarət Sənaye Palatası yaratmaq qərarına gəldik və konsepsiyanın hazırlanmasına başlandı. Elə bilirəm ki, yaxın iki ay ərzində bu konsepsiya tam hazır olacaq və müvafiq müqavilə imzalanacaq”, - deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed