Şrift:
Paralimpiyaçılarımız dünya kuboku yarışlarında daha bir medal qazanıblar
13.02.2019 [10:26] - İdman
Milli Paralimpiya komandamızın üzvləri Birləşmiş Ərəb Əmirliklərində pauerliftinq üzrə dünya kuboku yarışlarında iştiraklarını davam etdirirlər.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, 107 kiloqram və yuxarı çəki dərəcəsində çıxış edən idmançımız Şamo Aslanov 206 kiloqram nəticə ilə üçüncü olub.

Qeyd edək ki, yarışın ilk günündə 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Pərvin Məmmədov gümüş medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed