Şrift:
Fevralın 21-22-də Vyanada ATƏT PA-nın qış sessiyası keçiriləcək
14.02.2019 [10:41] - Gündəm, Siyasət
ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) növbəti qış sessiyası fevralın 21-22-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Sessiyanın açılışında ənənəyə sadiq olaraq, Avstriya Parlamentinin sədri, ATƏT PA-nın prezidenti, ATƏT-in hazırkı sədri və ATƏT-in baş katibi çıxış edəcəklər. Sonra üç əsas komitənin iclaslarında ATƏT məkanında siyasi, iqtisadi, ətraf mühit və təhlükəsizlik məsələləri, insan haqları və humanitar problemlər müzakirə ediləcək. Korrupsiya, çirkli pulların yuyulması və terrorizmə qarşı mübarizə mövzuları ilə yanaşı, uzunmüddətli münaqişələrin həlli üçün ATƏT mexanizmləri və imkanlarından necə istifadə etməyin mümkünlüyü ətrafında da fikir mübadiləsi aparılacaq. Hər üç komitənin birgə iclasında isə ötən il ATƏT məkanı ölkələrində (ABŞ, Gürcüstan, Bosniya və Herseqovina, Ermənistan) keçirilmiş seçkilərdəki müşahidə missiyalarının hesabatı təqdim ediləcək, müzakirələr aparılacaq.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin qatılacağı sessiyada ölkəmizi Milli Məclisin üzvlərindən ibarət nümayəndə heyəti təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed