Şrift:
Həmədanda “Aşıqlar və Musiqilər” mərasimi keçiriləcək
14.02.2019 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın tarixi Həmədan şəhərində “Aşıqlar və Musiqilər” adlı mərasim keçiriləcək.

Fevralın 15-də keçiriləcək mərasim “Buəli Sina mədəniyyət mərkəzi”ndə baş tutacaq. Mərasimdə ustad Maşallah Rəssamın sənət sahəsindəki fəaliyyəti təqdir olunacaq.

“Aşıqlar və Musiqilər” mərasimində Həmədan Əyalətinin aşıqları ilə yanaşı Türkmən-Səhranın da aşıqları iştirak edib, musiqi ifa edəcəklər.

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıb. Güney Azərbaycanda aşıq sənətinə xüsusi əhəmiyyət verilir, bu sənət bütün məhdudiyyətlərə baxmayaraq inkişaf etdirilir.

N.S
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed