Şrift:
“Xocalı – şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15.02.2019 [10:34] - Gündəm
“Xocalı – şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub.

Kitabda Xocalı soyqırımının canlı şahidlərinin xatirələri toplanıb.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

Kitab ingilis və rus dillərinə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən tərcümə olunaraq nəşr edilib.

"Xocalı şahidləri danışır” kitabı professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı məqaləsi ilə başlayır. Məqalə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur.

Bu nəşrlərin dünyanın bir çox ölkələrində, beynəlxalq kitab sərgilərində təqdimatlarının təşkil olunması, xarici universitetlərə, kitabxanalara, eləcə də kütləvi informasiya vasitələrinə çatdırılması nəzərdə tutulur.

“Xocalı – şahidlərin gözü ilə” sənədli-tarixi kitabının nəşri Xocalı soyqırımının tanıdılması, bu istiqamətdə araşdırmaların aparılması, faciə ilə bağlı xatirələrin gələcək nəsillərə ötürülməsi, yaddaşların təzələnməsi baxımından önəmli addımdır.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed