Şrift:
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
19.02.2019 [10:23] - Gündəm, İdman
Fevralın 18-də futbol üzrə Türkiyə Superliqasının XXII turuna yekun vurub.

Səfərdə “Antalyaspor”la qarşılaşan lider “Başakşəhər” rəqibini minimal hesabla məğlubiyyətə uğradıb (0:1).

Qonaq komandanın yeganə qoluna 33-cü dəqiqədə Fyodor Kudryaşov imza atıb.

Bu qələbə sayəsində “Başakşəhər” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Antalyaspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed