Şrift:
“Sepah” Zahidan hücumu ilə əlaqəli 3 nəfər həbs etdiyi barədə məlumat yayıb
19.02.2019 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah” fevralın 13-ü Xaş- Zahidan yolunda öz üzvlərini daşıyan avtobusa qarşı həyata keçirilmiş kamikadze hücumu ilə əlaqəli 3 nəfəri həbs etdiyi barədə məlumat yayıb.

Məlumatda bu şəxsləri fevralın 17-də “partlayıcı maddələrlə birlikdə” Səravan və Xaş bölgələrində həbs edildiyi bildirilir. Saxlanılan şəxslərin kimliyi ilə bağlı məlumat verilmir. Məlumata əsasən, bu şəxslər baş tutmuş hücumda bomba qoyulmuş maşının “hazırlanmasında iştirak ediblər”.

Digər tərəfdən, İran Silahlı Qüvvələrinin qərargah rəisi Məhəmməd Bağıri Pakistan ordusunun dünəndən etibarən silahlı qruplaşmalara qarşı əməliyyatlara başladığını bildirib.

Saxlanılan şəxslərin kimliyinin və onlar barədə ən xırda detalların açıqlanmaması “Sepah”ın məlumatının daxili və xarici auditoriyada öz qüvvələrinin zəifliyini kompensasiya etmək üçün hazırladığı və yaydığı saxta xəbər ehtimalı olduğunu qabardır.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed