Şrift:
ABŞ-ın 16 ştatından ibarət koalisiya Prezident Donald Trampı məhkəməyə verib
20.02.2019 [10:35] - Gündəm, Siyasət
ABŞ-ın 16 ştatının nümayəndələri səddin tikintisi üçün Konqresdən yayınaraq vəsait əldə etmək məqsədi ilə Meksika sərhədində fövqəladə vəziyyət rejimi elan etdiyinə görə Prezident Donald Trampı məhkəməyə verib.

“Politico” media təşkilatı xəbər verir ki, iddiaçılar səddin tikintisi üçün qanunsuz miqrasiya böhranını bəhanə gətirərək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən Amerika liderinin fəaliyyətini “qanunsuz sxem” adlandırıb.

Koalisiyaya, həmçinin Kaliforniya, Nyu-York, Kolorado, Konnektikut, Delaver və Havay ştatları daxildir.

Qeyd edək ki, ötən həftə Donald Tramp cənub sərhədində dövlət təhlükəsizliyinə təhlükə və humanitar böhran səbəbindən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sənəd imzalayıb.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed