Şrift:
ATƏT sədri: "Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyirik"
20.02.2019 [10:51] - Gündəm, Siyasət
"ATƏT-dəki sədrliyi dövründə Slovakiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir".
Bu barədə ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekununa həsr olunan mətbuat konfransı zamanı bildirib.
ATƏT sədri həmsədrlərlə mütəmadi olaraq görüşdüyünü dilə gətirib: “Dağlıq Qarabağ məsələsinin həlli üçün mövcud çərçivəni dəstəkləyirik. Minsk qrupu həmsədlərini tam şəkildə dəstəkləyirik”.
M.Layçak Ermənistanda seçkilərdən sonra “yeni vəziyyət”in yarandığını söyləyib.
“Qarşımızda çox güclü etimad göstərilən, çox yüksək ümidlər bəslənən bir hökumət var. Səfərimin bu mənada (Dağlıq Qarabağ münaqişəsinin həlli – red.) nələr gözləyə, hansı nəticələr əldə edə biləcəyimizi aydınlaşdırmağa kömək etməsini istərdim”, – ATƏT sədri deyib.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed