Şrift:
Aİİ-də İslam irfan ənənəsinin inkişafında Nəsiminin rolu müzakirə olunacaq
23.02.2019 [11:15] - Xəbərlər, Mədəniyyət
Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutunda İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan elmi-praktik konfrans keçiriləcək.

İnstitutdan bildirilib ki, İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu mövzusunda müzakirələrin aparılacağı konfransın keçirilməsində məqsəd elmi-tədqiqatların təqdimatı və fikir mübadiləsi aparmaqdır.

Konfransda Nəsiminin poeziyasında mənəviyyat, həyat, sevgi və gözəllik motivləri, bədii təsvir vasitələri, şairin sələfləri və xələfləri, Nəsimi - Azərbaycanda fəlsəfi poeziyanın nümayəndəsi kimi, mütəfəkkir şairin yaradıcılığına hürufiliyin təsiri, şeirlərində Quran ayələri və sufilik ənənəsinin sintezi, onun sufiliyə dair görüşləri, yaradıcılığında təcəlla nəzəriyyəsi, qəzəllərində simvolizm və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Konfransda məruzə ilə çıxış etmək istəyənlər məqalələrini nasimikonfrans2019@gmail.com elektron ünvanına yollaya bilərlər.
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed