Şrift:
Gürcüstan hökuməti “qara ciplər”lə bağlı qərarın icrasına başlayıb
02.03.2019 [10:12] - Gündəm, Borçalı
Gürcüstan hökuməti “qara ciplər”lə bağlı qərarın icrasına başlayır. Belə ki, hökumət avtomobil parklarında olan qara rəngdə avtomobillərin sayını azaldır.

Hökumət 180 ədəd “Pikap” markalı avtomobil alacaq. Bununla əlaqədar tender elan olunub.

Tenderin şərtlərinə əsasən, avtomobillər yeni və qara rəngdən başqa digər rənglərdə olmalıdır.

Yeni avtomobillərin alınması üçün 12 milyon 195 min lari (təqribən 4,6 milyon dollar) nəzərdə tutulub.

Tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini martın 5-dən 6-dək təqdim etməlidirlər.

Məlumat üçün qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin aprelində dövlət orqanlarına qara rəngdə olan avtomobillərin alınmasını qadağan edib.

Qadağa yerli idarəetmə orqanlarına da şamil olunub.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 724 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed