Şrift:
Gürcüstanda yük daşınmalarının həcmi azalıb, sərnişin daşımalarının həcmi artıb
02.03.2019 [10:26] - Gündəm, Borçalı
Ötən il Gürcüstan ərazisindən keçməklə yük daşınmalarının həcmi 2017-ci illə müqayisədə 400 min ton azalıb. Belə ki, 2018-ci ildə bu ölkənin ərazisindən keçməklə 41,1 milyon ton yük daşınıb.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin statistik hesabatında bildirilib.

Məlumatda qeyd edilib ki, hesabat dövründə yüklərin böyük həcmi - 31,1 milyon tonu avtomobil yolları ilə daşınıb. Bu da əvvəlki ilə müqayisədə 400 min ton artıqdır.

Dəmir yolu vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 700 min ton azalaraq 10 milyon ton təşkil edib.

Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi 2017-ci ilin göstəricisi ilə müqayisədə 6,5 milyon ton azalaraq 25,5 milyon ton olub.

Hesabat dövründə Gürcüstanın dəniz liman və terminalları vasitəsilə, ümumilikdə, 15,1 milyon ton yük daşınıb. Bu da ondan əvvəlki ilin göstəricisindən 1,2 milyon ton azdır.

Məlumatda, həmçinin bildirilib ki, 2018-ci ildə Gürcüstanın avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə 401,1 milyon nəfər sərnişin daşınıb. 2017-ci illə müqayisədə bu göstərici 11,2 milyon nəfər çoxdur.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed