Şrift:
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib
28.03.2019 [11:38] - Borçalı
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində yerli sakinlər etiraz aksiyası keçiriblər. Davam.az bildirir ki, “Report”un Gürcüstan bürosu xəbər verir ki, əhali kənddə otlaq sahələrinin fərdi şəxslərə satılmasına etiraz ediblər.

Etirazçılar bildiriblər ki, onların yeganə gəlir mənbəyi maldarlıqdır və otlaqlara alternativ sahələr yoxdur. Onların sözlərinə görə, Gürcüstanda prezident seçkiləri öncəsi 16 hektarlıq otlaq sahələrinin Qaracalar kəndinin mülkiyyətinə veriləcəyi bildirilsə də, daha sonra həmin sahələr fərdi şəxslərə satılıb.

Bir neçə gün öncə kənddə otlaq sahələrdən birinin sahibi və sakinlər arasında fiziki qarşıdurma da baş verib. Faktla bağlı araşdırma aparılır.

Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili aksiya iştirakçıları ilə görüşüb. O, vəziyyətlə tanış olduqdan sonra sakinlərə məsələnin dinc yolla həll olunacağına söz verib.

Etiraz aksiyası axşam saatlarına qədər davam edib. İştirakçılar bildiriblər ki, məsələ həll edilməsə, etiraz aksiyalarını dayandırmayacaqlar. Aksiya başa çatsa da, polis əməkdaşları kənddə asayişin qorunmasına cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 91 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed