Şrift:
Keçən il Gürcüstanda təbii artımda 15,7 faiz azalma qeydə alınıb
30.03.2019 [10:38] - Gündəm, Borçalı
Keçən il Gürcüstanda təbii artım illik müqayisədə 15,7 faiz azalaraq 4 min 614 nəfər olub.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2018-ci ildə Gürcüstanda 51 min 138 körpə dünyaya gəlib. Bu da 2017-ci illə müqayisədə 4 faiz azdır. Yeni doğulan körpələrin 26 min 538-i oğlan, 24 min 600-ü qız uşaqları olub.

Hesabat dövründə ən çox artım paytaxt Tbilisidə qeydə alınıb – 16 min 161 uşaq. Ən çox azalma isə Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində qeydə alınıb - bu bölgələrdə 328 uşaq dünyaya gəlib.

Keçən il ölüm halları 2017-ci illə müqayisədə 2,7 faiz azalaraq 46 min 524 nəfər təşkil edib.

Ötən il Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində də təbii artımda azalma qeydə alınıb. 2018-ci ildə bu bölgədə təbii artım 1654 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 688 nəfər və ya 29,3 faiz azdır. Hesabat ilində Kvemo Kartli bölgəsində 2 min 666 nikah, 994 boşanma faktı qeydə alınıb.

Ötən il Gürcüstanda ümumilikdə 23 min 202 nikah, 10 min 288 boşanma olub.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed