Şrift:
Hizer Nauert ABŞ Dövlət Departamentinin mətbuat katibi vəzifəsini tərk etdi
30.03.2019 [10:44] - Gündəm, Sosial
Hizer Nauert ABŞ Dövlət Departamentinin mətbuat katibi vəzifəsini tərk edib və “Fulbrayt” təhsil proqramına keçib.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo özünün “Twitter” səhifəsində yazıb. O, Hizer Nauertin “Fulbrayt” təhsil proqramında işləməklə ABŞ-ı yaxşı təmsil edəcəyini bildirib.

Hizer Nauert 2017-ci il aprelin 24-də ABŞ Dövlət Departamentinin mətbuat katibi təyin edilib. Daha əvvəl “Fox News” telekanalında aparıcı işləyib. 2018-ci ilin dekabrında Donald Tramp onu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin etmək istəyini bildirmişdi. Hizer Nauert ailə vəziyyəti ilə əlaqədar olaraq bu ilin fevral ayında həmin vəzifəyə namizədliyini geri götürüb.
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed