Şrift:
Gürcüstanda cinayətkarlıq halları artıb
30.03.2019 [10:47] - Gündəm, Borçalı, Hüquq
Gürcüstanda cinayətkarlıq halları 2018-ci ilin yanvar-fevral aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,65 faiz artıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cari ilin yanvar-fevral aylarında ölkədə 11 min 671 cinayət hadisəsi qeydə alınıb. Cinayətlərin böyük əksəriyyəti əmlaka və sağlamlığa ziyan vurma ilə bağlıdır. Bu cinayətlərin də 24,07 faizinin üstü açılıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed