Şrift:
Afinada ilk məscid açılacaq
05.04.2019 [10:49] - İslam dini
Afinada Pasxa bayramından sonra ilk məscid açılacaq.

Artıq məscidin idarə heyəti tərəfindən birinci imamı təsdiq edilib. Məsciddə xütbələr yunan dilində və bəzən ingilis dilində, dualar isə ərəb dilində oxunacaq.

Qeyd edək ki, Yunanıstan Osmanlı imperiyasından ayrıldıqdan sonra Afinada məscid olmayıb. O zamanlar şəhərin mərkəzində məscidlərin binaları muzeylərə çevrilib. Yunanıstanda ümumiyyətlə isə məscidlər əsasən Frakiya bölgəsində türkdilli müsəlman əhalisinin yaşadığı yerlərdə fəaliyyət göstərir.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed