Şrift:
Azərbaycanlılar etiraza başlayır
08.04.2019 [10:51] - Borçalı
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.
Müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) təşkil etdiyi aksiyada Bəylər kəndindəki 78 saylı seçki məntəqəsinin ləğv edilməsinə etiraz bildirilib.

Aksiya iştirakçılarının sözlərinə görə, hər seçkidə bu məntəqədə VMHP səs çoxluğu əldə edir və buna görə hakim Gürcü Arzusu Partiyası seçki məntəqəsinin digər məntəqə ilə birləşdirilməsinə çalışır.

Müxalifətçilər Bəylər kəndindəki 78 saylı seçki məntəqəsinin digər məntəqəyə birləşdiriləcəyi təqdirdə kütləvi etiraz aksiyasının keçiriləcəyini bildiriblər.

MSK-nın Marneuli rayonundakı nümayəndəliyindən etiraz aksiyasına münasibət bildirilib. Qurumdan qeyd olunub ki, 78 saylı seçki məntəqəsinin Norqiuli kəndindəki məntəqə ilə birləşdirilməsi nəzərdə tutulub və məqsəd seçki məntəqəsində mövcud şəraitin yaxşılaşdırılmasıdır.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed