Şrift:
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsil almaları çox müsbət nəticələr verə bilər
10.04.2019 [10:41] - Borçalı
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsil almaları bizim üçün çox müsbət nəticələr verə bilər. Gənclərimiz və din xadimlərimiz bu yolla bir çox problemlərdən uzaq olarlar.

Bu sözləri müsahibəsində Gürcüstan Müsəlmanları İdarəsinin sədri hacı Ramin İgidov söyləyib.

Ramin İgidov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında dini təhsil almaq istəyənlər çoxdur. Onların Azərbaycanda dini təhsil almaları daha yaxşı olar və buna ciddi ehtiyac var.

Onun sözlərinə görə, Gürcüstanda olan müsəlman din xadimləri müxtəlif ərəb və qonşu ölkələrdə təhsil alırlar. Onların bəziləri Gürcüstan dövləti tərəfindən tanınan dini təhsil ocaqlarında oxuyurlar. Lakin bəzi din xadimləri qeyri-ənənəvi dini cərəyanların təbliğ olunduğu təhsil müəssisələrini bitirərək, yanlış biliklərə yiyələnir və bəzi qüvvələrin təsiri altına düşürlər.

“Bəzən onlar Gürcüstana ekstremist və təhrifçi fikirlərlə dönürlər və bu da bizim üçün ciddi təhlükədir. Bu baxımdan, Gürcüstan azərbaycanlılarının Azərbaycanda dini təhsil almaları ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsünü dəstəkləyirik”.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed