Şrift:
Batumi şəhəri 131 yaşını qeyd edir
29.04.2019 [10:30] - Gündəm, Borçalı
Bu gün Acarıstan Muxtar Respublikasının (MR) Batumi şəhəri 131 yaşını qeyd edir.

“Batumoba-2019” adı altında keçirilən bayram şənliklərində 13 ölkədən, o cümlədən Azərbaycandan qonaqlar iştirak ediblər.

Acarıstan MR hökumətinin rəhbəri Tornike Rijvadze qonaqlara şəhərin tarixi, Gürcüstanın sosial-iqtisadi inkişafındakı rolu barədə məlumat verib. Bildirilib ki, 1888-ci il aprelin 28-də Batumiyə rəsmi şəhər statusu verilib. Hazırda Batumi şəhəri siyasi, iqtisadi, humanitar və mədəni əhəmiyyətinə görə, dünya şəhərləri sırasında layiqli yer tutub. Batumi Azərbaycan da daxil olmaqla bir neçə ölkənin şəhərləri ilə əlaqələr qurub və qardaşlaşma haqqında memorandumlar imzalayıb. Bugünkü tədbirdə məhz dünyanın 13 ölkəsindən nümayəndə heyətinin və diplomatik korpusun əməkdaşlarının iştirak etməsi bunu sübut edir.

Bayram münasibətilə Batumi bulvarında idman yarışları, konsert və müxtəlif əyləncəli proqramlar təşkil olunub.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed