Şrift:
İranlı deputat: “Zəlzələ nəticəsində zərərçəkənlərin su və qida ehtiyacı ödənilmir”
13.08.2012 [08:46] - Gündəm, Güney Azərbaycan-Təbriz
“İranın Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində zərərçəkənlərin su və qida ehtiyacı ödənilmir”.
"Mehr” xəbər agentliyinin məlumatına görə, bunu İran parlamentinə Əhər və Heris şəhərlərindən millət vəkili seçilən Abbas Fallah deyib.
O bildirib ki, əgər fəlakət bölgəsində içməli su və ərzaq ehtiyacı təmin edilməsə, ölü sayı arta bilər: “Səlahiyyətli şəxslər yardım edəcəkləri ilə bağlı vədlər verir, amma yerinə yetirmirlər. Evləri dağılmış insanların çoxu çadırla təmin edilməyib. Əhərin Bacabac, Kuyeç və digər kəndlərində içməli su və yemək yoxdur”.
Qeyd edək ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 300 nəfər ölüb, 5000 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir.
Bu xəbər oxucular tərəfindən 1575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed