Şrift:
Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın ilk rəsmi iclası mayın 23-də Bakıda keçiriləcək
22.05.2019 [10:33] - Xəbərlər, Borçalı
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ilk rəsmi iclası Bakıda keçiriləcək.
Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
İclas mayın 23-də baş tutacaq.
Qeyd edək ki, komissiyanın Azərbaycan və Gürcüstan tərəfdən həmsədrləri - xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsalia arasında tanışlıq xarakterli görüş mayın 14-də Bakıda keçirilib.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed