Şrift:
Ötən ilin oktyabrından etibarən 40-a yaxın buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb
23.05.2019 [12:24] - Sağlıq
Hazırda Azərbaycanda gözün buynuz qişasının patologiyası ilə əlaqədar 3 mindən çox xəstə qeydiyyatdadır. Əslində isə bu xəstələrin sayının daha çox olduğu güman edilir. Onlar buynuz qişanın transplantasiyası əməliyyatını gözləyirlər. Ötən ilin oktyabrından etibarən buynuz qişanın transplantasiyası əməliyyatlarına başlanılıb. Bu müddət ərzində 40-a yaxın belə transplantasiya əməliyyatı aparılıb.
Bu barədə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma şöbəsinin müdiri, oftalmoloq-cərrah Fidan Ağayeva kütləvi informasiya vasitələrinə müsahibəsində məlumat verib.

Oftalmoloq-cərrah bildirib ki, əvvəllər bu əməliyyatlar Azərbaycanda aparılmadığından xəstələr xarici ölkələrə üz tutmağa məcbur olurdular. Azərbaycan Ümumdünya Göz Bankı ilə müqavilələr imzalayıb. Bu müqaviləyə əsasən ölkəmizə buynuz qişalar ABŞ-dan gətirilir.

F.Ağayeva buynuz qişanın xorası və absesi nəticəsində baş verən deşilmə zamanı təcili transplantasiya əməliyyatının aparılmalı olduğunu da diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed