Şrift:
Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib
24.05.2019 [11:11] - Gündəm, Borçalı
"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın Bakıda bu gün başlayan ilk iclasında ekspertlər səviyyəsində görüş olub".
Bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Laşa Darsalia "Interpressnews" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sabah komissiyanın iclası davam etdiriləcək: "İclasın ilk günündə tərəflər bir-birlərinə öz mövqe və arqumentlərini təqdim ediblər. Sabah iş davam etdiriləcək. Buna görə də nəticələr barədə danışmaq hələ tezdir".
Daha əvvəl Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib ki, Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed