Şrift:
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən beynəlxalq simpozium keçiriləcək
31.05.2019 [10:35] - Mədəniyyət
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində oktyabrın 2-3-də görkəmli mütəfəkkir, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə beynəlxalq simpozium keçiriləcək.

Muzeydən bildiriblər ki, Azərbaycan, türk, ingilis, rus dillərində təşkil olunacaq simpoziumda Əhməd bəy Ağaoğlunun müsəlman Şərqində müasirləşmə problemləri ilə bağlı gördüyü işlərə, Azərbaycanda və Türkiyədə ictimai-siyasi, eləcə də türkçülüyün ideoloqlarından biri kimi fəaliyyətinə, onun müasirlərinə, Ağaoğluların Türkiyənin ictimai-siyasi həyatında roluna dair məruzələr dinləniləcək.

Simpoziumda iştirak etmək istəyənlər sentyabrın 10-dək məruzə tezislərini təşkilat komitəsinin farhadcabbarov@mail.ru və ya qabil-so@mail.ru e-poçt ünvanlarına göndərməlidir. Tezislər 3 min, 3 min 500 işarə həcmində olmalı, Times New Roman-12 şrifti və sətirlərarası 1interval ilə yığılmalıdır. Səhifənin əvvəlində müəllifin adı, soyadı, işlədiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi, elmi adı, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır. Simpoziumda iştirak xərcləri iştirakçıların özləri tərəfindən ödənilir.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed