Şrift:
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə aşkarlanan tarixi abidə mühafizə olunacaq
13.06.2019 [10:48] - Borçalı
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun İmir kəndində eradan əvvəl VI yüzilliyə aid edilən “Kəsik Dərə”də bu il aparılan arxeoloji işlər başa çatdırılıb.
Marneuli rayonunun icra başçısı Zaur Darğallı abidəyə baxış keçirib.
Ekspedisiyanın rəhbəri professor Mindia Calabadze Toronto Universitetinin professoru, arxeoloq Stefan Batiyuk ilə birgə “Kəsik Dərə”də aparılan arxeoloji işlər barədə məlumat təqdim edib.
Daha sonra “Kəsik Dərə”də muzey konsepsiyası və bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan növbəti addımlar müzakirə olunub. “Kəsik Dərə”nin mühafizəsi və təbliğ olunması məqsədilə yerli 2019-cu il büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulub.
İlkin mərhələdə mərkəzi yoldan abidəyədək daş düzülməsi və abidənin müvafiq standartlara uyğun olaraq üstünün örtülməsi planlaşdırılır. Bu məqsədlə, təxminən, 1,2 mln. lari həcmində vəsaitin ayrılması gözlənilir.
Z.Darğallı ilə birgə müavini Laşa Lobcanidze, Milli Şərab Agentliyinin Üzümçülük şöbəsinin rəhbəri Davit Mağradze də abidəyə baxış keçiriblər.
Qeyd edək ki, “Kəsik Dərə”də aparılan arxeoloji qazıntılar nəticəsində şərab qabları və digər qiymətli əşyalar aşkarlanıb.
Bu xəbər oxucular tərəfindən 779 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed