Şrift:
Yaponiya hökuməti Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərin su ilə təminatı layihəsinə dəstək verib
13.06.2019 [10:49] - Borçalı
Yaponiya hökumətinin dəstəyi ilə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun 4 kəndində irriqasiya və içməli su təminatı sisteminin bərpası layihəsi başa çatdırılıb.
Layihə rayonun Bolnisi, Zemo Bolnisi (İncəoğlu), Poladauri (Çatax) və Samtsverisi (Şəmşiöyü) kəndlərini əhatə edib.
Bolnisi rayonuna səfər edən Yaponiyanın Gürcüstandakı səfiri Tadaxauru Uexara Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və Bolnisi rayonunun icra başçısı David Şerazadişviliyə əməkdaşlığa görə minnətdarlığını bildirib.
Layihə Yaponiya səfriliyinin qrant proqramı çərçivəsində reallaşdırılıb. Yaponiya tərəfi layihə üçün 82 min dollar, Bolnisi bələdiyyəsi isə 31451,02 lari vəsait ayırıb.
Həyata keçirilmiş layihə sayəsində 6 mindən çox sakin içməli və suvarma suyundan istifadə edə biləcək.
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed