Şrift:
Xaricdə səfərdə olan Fərəc Quliyev Həlimə Əliyevanın vəfatı ilə bağlı başsağlığı verib
16.06.2019 [09:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı ölkə xaricindən başsağlığı verib və dəfində iştirak edə bilməməsi ilə bağlı təssüfünü ifadə edib.

Ə.Elçibəyin yaxın silahdaşı olan F.Quliyevin verdiyi başsağlıgında deyilir:
"Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyavanın vəfatı xəbərini dərin sarsıntı və kədərlə qarşıladım.
Həlimə xanımı tanıyan hər kəs onu mübariz, çəsur, nümunəvi Azərbaycan qadını hesab edib. Xanımı olaraq Ə.Elçibəylə eyni istiqamətdə baxmağı bacaran bu fədakar insan bu ailəni tanıyan hər kəsdə, xüsusən Ə.Elçibəyin ideyadaşları arasında xüsusi rəğbət qazanmışdı. Hər kəsə məlumdur ki, Həlimə xanım müqəddəs amallar uğrunda Ə.Elçibəyin apardığı mücadilənin ən ağır iztirablarını yaşayan və buna qatlaşan bir insan olub. Sayqıdəyər Həlimə xanım sahib olduğu yüksək mənəvi dəyərləri ilə həmişə Ə.Elçibəyə layiqliyi ilə xalqın qəlbində xüsusi bir yerə sahib olmuşdur.

Belə bir dəyərli insanın bu dünyadan köçməsi olduqca ağır bir itgi oldu.

Şəxsim və sədri olduğum​ Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Həlimə xanımın ailə üzvlərinə, doğmalarına və yaxınlarına dərin hüzünlə başsağlığı verirəm, Azərbaycandan kənarda olmağım səbəbindən bu ağır gündə onlarla bir yerdə olmamağım və dəfndə iştirak edə bilməməyimdən dərin təəssüf və mənəvi sarsıntı keçirdiyimi, dərdlərinə şərik olduğunu bildirirəm.

Allah Həlimə xanıma rəhmət, bütün sevənlərinə səbr versin.

Məkanı Cənnət, ruhu şad olsun!

Dərin hüzünlə, Fərəc Quliyev"
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed