Şrift:
Misirin sabiq prezidentinin ölüm səbəbi məlum olub
18.06.2019 [09:09] - Xəbərlər, Siyasət
Misirin keçmiş prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.

Bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. Həkimlərin sözlərinə görə, Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mürsi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed