Şrift:
Avropa İttifaqı Misirin milli muzeyinin modernləşdirilməsinə 3 milyon avro vəsait ayırır
18.06.2019 [09:41] - Xəbərlər, Sosial
Misir və Avropa İttifaqı (Aİ) Qahirənin mərkəzindəki Misir milli muzeyinin modernləşdirilməsi layihəsinə start verib.

Bu barədə açıqlama verən Misirin qədim abidələr üzrə naziri Xalid əl-Ənnani bu layihənin Avropa İttifaqı tərəfindən maliyyələşdirildiyini və həyata keçirilməsi üçün 3,1 milyon avro vəsait ayrıldığını bildirib.

Muzeydə kompleks şəkildə aparılacaq işlər bir neçə zalın, əsasən də mərkəzi qalereyanın yenidənqurulmasını nəzərdə tutur. Layihə çərçivəsində texniki yenidənqurma ilə yanaşı geniş elmi, arxiv və informasiya işləri də aparılacaq.

Misirin milli muzeyinin inkişafı məqsədilə Misir tərəfi və Britaniya muzeyi, Berlindəki Misir muzeyi, Luvr, Turindəki Misir muzeyi və Leydendəki qədim abidələr üzrə milli muzey arasında müqavilə imzalanıb. Həmçinin bu layihədə iştirak etmək üçün misirşünas alimlər, qədim Misiri öyrənən iri Avropa institutlarından və elmi mərkəzlərindən ekspertlər cəlb olunacaq.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed