Şrift:
Yaponiya Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığı genişləndirir
18.06.2019 [10:04] - Gündəm, Siyasət
Yaponiya və özünün neft gəlirlərindən asılılığını azaltmağa çalışan Səudiyyə Ərəbistanı qarşılıqlı iqtisadi əlaqələri və investisiyaları genişləndirəcək.

Yaponiya KİV-ləri xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd Al Tuvaycri ilə Yaponiyanın ticarət, iqtisadiyyat və sənaye naziri Hiroşiqe Sekonun Tokioda keçirilən görüşü zamanı bildirilib.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı yapon şirkətlərini məlumatlandırmaq məqsədilə gələn il Tokioda investisiya ofisi açmağı planlaşdırır.

H.Seko isə bildirib ki, Yaponiya Səudiyyə Ərəbistanı ilə investisiyalarla yanaşı, digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Bura, eyni zamanda, səhiyyə sahəsində yeni texnologiyaların tətbiqi məqsədilə təhsil proqramı da daxildir.

Xatırladaq ki, Yaponiya ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlıq barədə memorandum 2017-ci ildə imzalanıb.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed