Şrift:
Müctəba Pərvin Ərdəbil Məhkəməsində mühakimə olunub
18.06.2019 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin Ərdəbil Məhkəməsinin 101-ci şöbəsində mühakimə olunub.

Elektron məktubu vasitəsi ilə məhkəməyə çağırılan fəal bazar günü, iyunun 16-da çağırıldığı şöbəyə müraciət edərək məhkəmə prosesində iştirak edib.

Fəal Ərdəbil Ettelaat İdarəsinin iddiası əsasında dövlət avtomobilini təxrib etmə ittihamı ilə mühakimə olunub.

M.Pərvin 2018-ci il iyul ayında keçirilən Babək qalası mərasimi ərəfəsində İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra müvəqqəti olaraq zəmanətə buraxılıb.

Ettelaat İdarəsi iddia edir ki, M.Pərvin saxlandığı zaman məmura (Ettelaat əməkdaşı) müqavimət göstərib və qarşıdurma yaradaraq dövlət avtomobilinə ziyan yetirib.

M.Pərvin məhkəmə iclasında irəli sürülən ittihamların əsassız olduğunu bildirərək bütün iddiaları rədd edib.

Müctəba Pərvin Ərdəbil Məhkəməsində mühakimə olunub
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed