Şrift:
Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir
18.06.2019 [10:33] - Gündəm, Hərb
Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Ordumuz inkişaf edir və bununla bağlı sübutlar var.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir texnikalar idi.

Z.Həsənov qeyd edib ki, 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed