Şrift:
Qadın güləşçilərimizin Minskdə təlim-məşq toplanışı davam edir
18.06.2019 [15:54] - Gündəm, İdman
Qadın güləşçilərdən ibarət Azərbaycan yığması Belarusda təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Güləş Federasiyasının saytı xəbər verir ki, bu, iyunun 8-dən Minskdə hazırlıqlara başlayan millimizin II Avropa Oyunlarından əvvəl sonuncu təlim-məşq toplanışıdır. Baş məşqçi Aslan Ağayevin və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə keçirilən məşqlər əsasən taktiki-texniki hazırlıq üzərində qurulub.

Təlim-məşq toplanışı yerli komanda ilə birgə həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed