Şrift:
Rusiya Gürcüstana sərnişin təyyarələrinin uçuşunu qadağan edib
22.06.2019 [10:12] - Gündəm, Borçalı
Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunu müvəqqəti qadağan edib.

Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin uçuşunun müvəqqəti qadağan edilməsi barədə Fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiyadan Gürcüstana kommersiya uçuşları da ləğv edilir. Bundan əlavə, turizm operatorlarına və turizm agentlərinə vətəndaşlara Gürcüstana turizm putyovkaları satmamaq tövsiyə olunur.

Rusiya Prezidenti hökumətə Gürcüstanda olan rusiyalıların geri qayıtmasını təmin etməyi tapşırıb.



Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed