Şrift:
Kamerunda ağır yol qəzası nəticəsində 22 nəfər ölüb
24.06.2019 [09:13] - Gündəm, Hadisə
Kamerunun qərb bölgəsində yerləşən Baham yaşayış məntəqəsinin yaxınlığında avtobusla yük maşını toqquşub.

Xarici KİV-lər xəbər verir ki, hadisə nəticəsində 22 nəfər həlak olub, bir neçəsi isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Regionun qubernatoru Ava Fon Auqustin bildirib ki, qəza avtobus sürücüsünün əks tərəfin yoluna çıxması nəticəsində baş verib.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed