Şrift:
İndoneziyanın Papua əyalətində silsilə zəlzələlər olub
24.06.2019 [09:25] - Gündəm, Hadisə
İndoneziyanın şərqində yerləşən Papua əyalətində silsilə zəlzələlər baş verib.

ABŞ Geoloji Xidməti xəbər verir ki, təqribən 2 saat ərzində baş verən silsilə zəlzələlərin birincisi 6,1, ikincisi 5,2, üçüncüsü isə 5,1 bal gücündə olub.

Yeraltı təkanların episentri Abepura yaşayış məntəqəsindən 233 kilometr qərbdə, ocağı 22 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed