Şrift:
Tbilisidə keçirilən aksiyada xəsarət alan jurnalistlərdən 3-ü hələ də xəstəxanadadır
24.06.2019 [09:29] - Gündəm, Siyasət
İyunun 20-21-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı xəsarət alan 240 nəfərdən 28-i hələ də xəstəxanalarda müalicələrini davam etdirir. Onlardan ikisinin vəziyyəti sabit ağır qiymətləndirilir.

Bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xəstələr arasında 2 polis əməkdaşı və 3 jurnalist var.

Yaralıların əksəriyyəti baş və kürək nahiyəsindən rezin güllə və dəyənək zərbəsi alıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed