Şrift:
Dünyanın ən bahalı gitarası
24.06.2019 [13:00] - Xəbərlər, Mədəniyyət
"The Black Strat" kimi tanınan David Gilmourun 1969-cu ildə aldığı “Fender Stratocaster” gitarası hərracda ən bahalı musiqi aləti kimi dəyərləndirilib.

guitar.com saytı xəbər verir ki, gitara Nyu-Yorkun “Christies” hərrac evində 3,975,000 dollara satılıb.

“Pink Floyd” qrupunun üzvü olan David Gilmour öz qara gitarası ilə ("The Black Strat") “Comfortably Numb”, “Money” və “Shine On You Crazy Diamond” və digər saya gəlməyən mahnıları ifa edib.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed