Şrift:
MDHP Ə.Elçibəyin doğum gününü onun məzarı üstündə qeyd etdi və əklil qoydu (foto)
24.06.2019 [16:07] - Xəbərlər, Siyasət, Siyasi partiyalar, Özəl xəbər
Bu gün- 24.06.2019 tarixində çağdaş Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin doğum günü münasibətiylə Milli Dirçəliş Hərəkatı Partiyası Fəxri Xiyabanda onun məzarını ziyarət edərək, qəbirüstü abidəsinin önünə partiya adından əklil qoydu. Bir neçə təşkilatın və çoxsaylı ziyarəatçilərin həmrəyliyi ilə edilən ziyarətdə MDHP sədrinin ideoloji məsələlər üzrə müavini Həbib Ələkbərsoy ziyarətçilər qarşısında çıxış etdi. O, xaricdə səfərdə olan MDHP sədri, millət vəkili Fərəc Quliyev adından ziyartətçiləri salamlayıb və bu gün münasibətiylə təbriklərini çatdırıb. H.Ələkbərsoy çıxışında Ə.Elçibəyin ötən il 80 illik yubleyi ilə bağlı, onun yaxın silahdaşı və dostu kimi F.Quliyevin qələmə aldığı məqalədən bir neçə misallar çəkərək, çağdaş Milli Azadlıq Hərəkatının lideri Ə.Elçibəyin daha ətraflı xarakterizə olunmasının vacibliyini bildirdi.

Belə ki, F.Quliyevin həmin məqaləsinə istinadən o bildirdi ki, Ə.Elçibəyin azadlıq mücadiləsi və Sovet imperiyasına qarşı mübarizəsini Azərbaycan xalqı Azərbaycan Milli Azadlıq Hərəkatı çərçivəsində bilir. Amma bu fəaliyyət bizim bidiyimizdən və düşündüyümüzdən çox-çox genişdir. Əslində Sovet respublikalarını bürümüş azadlıq hərəkatlarının ideoloji baxımdan qaynaqlandığı mərkəzlərdən biri də Azərbaycan olduğu üçün, SSRİ rəhbərliyi Ə. Elçibəyə imperiyanı dağıdan potensial lider, potensial düşmən kimi baxırdı. Hətta digər respublikalar və muxtariyyatlarda elə liderlər var idi ki, Ə. Elçibəydən taktiki məsləhətlər də alırdılar.

Natiq bildirdi ki, F.Quliyev həmin məqalədə Ə.Elçibəyin prinsipləri uğrunda mübarizəsini belə dəyərləndirib: “Ə. Elçibəy tarixin yetirdiyi azsaylı şəxsiyyətlərdəndir ki, ideoloq kimi dünyanın taleyini dəyişə biləcək prinsiplər təqdim edib, o prinsiplər uğrunda inqilabçı kimi bütün xalqı inqilaba qaldırıb və qələbə qazanmış inqilabın lideri kimi ideyaların praktiki tətbiqi ilə bağlı prezident olaraq icraçılığı öz üzərinə götürə bilib.”

Bunlardandan əlavə, o vurğulayıb ki, F.Quliyevə görə Ə.Elçibəyin türkçülüyü ideologiya deyil, yaşam tərzi idi: ”Əbülfəz bəy Türk olmağın şərəfini tam mahiyyəti ilə yaşayırdı. Onun demoqratikliyi, ədalətliliyi, prinsipiallığı və cəsurluğu məhz burdan qaynaqlanırdı. Törələrdəki ilahilik, bəşərilik, insansevərlik, əzmlə və şərəflə yaşama prinsipləri, alilik, məğlubedilməzlik duyğusu, ədalətlilik qaydaları, böyüyə sayğı, kiçiyə qayğı və s. saysız dəyərlərə ruhən tam bağlı idi Elçibəy.”

Nitqinin sonumda H.Ələkbərsoy İslama görə sevilən insanların məzarları üstündə edilən duaların daha tez qəbul olunmasını nəzərə alaraq burada edilən dualara amin deyilməsini istədi və Ə.Elçibəyin arzularına uyğun olaraq, Tanrıdan Vətənimizi bütöv, dövlətimizi qüdrətli, xalqımızı firavan görməyi xalqımıza nəzib etməyi dilədi.

Sonda xatirə şəkilləri çəkildi və ziyarətçilər bu gün münasibətiylə bir-birlərini təbrik etdilər.

MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed