Şrift:
Türkiyədə dörd təhlükəli terrorçu məhv edilib
25.06.2019 [10:31] - Köşə yazarları, Hərb
Türkiyənin təhlülkəsizlik qüvvələri ölkənin Tunceli vilayətinin mərkəzi bölgələrində “Yavuz Sonat Güzel-365” şərti ad altında uğurlu antiterror əməliyyatı keçirib.

Son iki gündə davam edən bu əməliyyatda “Hakkı Çemişgezek" ləqəbli Cihan Çelebi, "Sidar" ləqəbli Mazlum Atar, "Adnan Piro" ləqəbli Mahmut Alınbay və "Rızgar" ləqəbli Abdulkerim Avras məhv edilib. Öldürülən terrorçulardan dördü də Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Cihan Çelebinin ələ keçirilməsi üçün 600 min lirə (təxminən 106 min ABŞ dolları), digərlərinin tapılmasına isə 300 min lirə (təxminən 53 min ABŞ dolları) vəsait ayrılmışdı.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed