Şrift:
Tarixi şəxsiyyətləri ucuzlaşdırmayaq!
18.08.2012 [20:04] - Gündəm, Gənclik
Nicat CƏMİLZADƏ
"Azərbaycanın Region Gənclərinin İnkişafına Dəstək" İB-nin sədri


Xalqına,millətinə,vətəninə sahib çıxan insanları qiymətlədirmək,onların təbliği ilə məşğul olmaq lazımdır.Bərdə də səfər də olduğum zaman məni təəccübləndirən bir abidə ilə rastlaşdım.Bu Alban hökümdarı Cavanşirin abidəsi idi.Belə bir şəxsiyyətə qoyulan abidə məni çox utandırdı.Demək olar ki,Bərdə Cavanşirin adı ilə bağlıdır.Bu abidə haqqında çox çalışdım ki, məlumat toplayım ancaq məsul şəxslərdən heç kim tapılmadı.Bilmirəm indi,mən burda heykəltaraşı günahlandırım yoxsa ki,bu abidənin sifariş edənləri...Yəqin ki.günahkar sifarişçilərdi.İstərdim ki,buna tarixin şanlı səhifələrindən sitatlar gətirim.

Eramızdan qabaq IV əsrdə, bəlkə də daha əvvəl Azərbaycan Respublikasının indiki ərazisində Albaniya, yaxud hazırda adlandırıldığı kimi, Qafqaz Albaniyası deyilən bir dövlət yaranır. Albaniya dövləti Qafqazda və Ön Asiyada baş verən hadisələrdə fəal şəkildə iştirak edir. VII əsrdə Qafqaz Albaniyası öz ağır günlərini yaşayır. Cənubdan Sasani İranı hücum çəkərək, xristianlığı qəbul etmiş Qafqaz Albaniyasında zərdüştiliyi yenidən bərpa etmək istəyir, Qərbdən Bizans təzyiq göstərərək, Alban kilsəsini öz nəzarətinə almağa çalışır, şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atır, cənubdan isə ərəblər Məhəmməd peyğəmbərin (s.ə.s.) yeni və yenilməz dini ilə yürüş edirdilər.

Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi.

Tarixi şəxsiyyətləri ucuzlaşdırmayaq! 628-ci ildə İranla Bizans arasında sülh müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Ermənistan Bizansın, Albaniya Sasanilərinin tabeliyinə keçir, Gürcüstansa müstəqillik qazanır. İmperator 623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan,Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur. Albaniyada möhkəmlənən xəzərlər Qəbələni özlərinin inzibati mərkəzlərinə çevirirlər. Məğlubiyyətə uğradıqdan sonra da xəzərlərin çoxusu Qafqaz Albaniyasında qalırlar.
İrakli öz qoşunu ilə Girdman vilayətinə gəlir, Varaz Qriqora xristianlığı qəbul etdirir və bütün ölkədə kilsələrin tikintisinə imkan yaradır. Gürcü xronikalarında göstərilir ki, imperator İrakli, əslində, təkcə Varaza deyil, "onun bütün xalqına" xristianlığı qəbul etdirmişdi. Mehranilər arasında ilk olaraq məhz Varazar bütün Albaniyanın knyazı tituluna layiq görülür.
Bizansla müharibədə zəifləmiş Sasanilər ərəblərin hücumu qarşısında çox böyük çətinliklə dayanır. Ərəblərə qarşı mübarizədə, qeyd etdiyimiz kimi, Varaz Qriqorun oğlu Cavanşirin başçılığı ilə alban qoşunları da iştirak edir. Alban tarixçisi Moisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Atropatena ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, Cavanşirin dəstəsi isə Atropatenaya doğru çəkilir.

Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazandığını göstərir. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, "ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir. Şahənşah Cavanşiri bütün qoşun başçılarından əziz tutur. Onu qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla mükafatlandırır. Həmçinin ona mirvari və incilərlə bəzə-dilmiş bazubənd verir, sinəsinə bir neçə can mirvari düzür." Cavanşir daha bir neçə döyüşdə iştirak edəndən sonra anlayır ki, Sasanilərin hökmranlığına çox qalmır və elə həmin il Vətəninə qayıdır. Alban tarixçisinin dediyi kimi, "düz yeddi il Cavanşir bu ağır döyüşlərdə iştirak edir. İki ağır yara alandan sonra onlarla vidalaşır". Az sonra isə əvvəlki Alban çarlarının müstəqil dövlətlərini yada salaraq,o öz ölkəsini heç kəsə tabe etdirməmək fikrinə düşür."

Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş görkəmli sərkərdə və müdrik dövlət xadimi, özünün ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş istedadlı diplomat kimi daxil olub.
Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması Azərbaycan tarixində, ölkənin islamlaşması baxımından mühüm rol oynayır. Bəlkə də xristian meylli feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bununla şərtlənirdi.

Cavanşir xüsusən özünün Xilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Dahi alban tarixçisi Musa Kalankatlı onun dövründə yaşayıb-yaratmışdı. Güman ki, o, "Alban tarixi" əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır.
Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.
Cavanşirin ölümündən az sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir.
Cavanşir artıq tarixdə imza qoymuş şəxsiyyətlərdəndir.Çox istərdim ki,yerli sturuktur orqanlarda bu məsələyə biganə qalmasın.Mən ümid edirəm ki, mənim bu yazımdan sonra tarixçilərimizdə mənimlə razılaşacaq və bu abidənin yenidən işlənməsinə baxılacaq.
Bu xəbər oxucular tərəfindən 1321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed