Şrift:
Azərbaycan Şərqi Avropaya tekstil ixracını həyata keçirməyi planlaşdırır
28.06.2019 [10:22] - Gündəm, İqtisadiyyat
Azərbaycan Polşaya tekstil ixracını həyata keçirməyi planlaşdırır.

Bunu Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

Onun sözlərinə görə, hazırda tərəflər bu məsələni müzakirə edir:

“Polşa bazarında tekstil məhsuluna böyük tələbat var. Biz bu bazarı öyrənmişik və Azərbaycandan Polşaya ixracı məqsədəuyğun və perspektivli hesab edirik. Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələr yaradılıb, ortamüddətli perspektivdə bu ölkəyə tekstil məhsulunun ixracını başlamağı planlaşdırırıq”.
Ticarət nümayəndəsi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar davam edir:

“Bir neçə növ tekstil məhsulunun ixracı ilə bağlı Polşa şirkətləri ilə razılaşmalar mövcuddur. Gələcəkdə biz Azərbaycan tekstil məhsulunu təkcə Polşaya yox, Mərkəzi Avropa ölkələrinə də ixrac etməyi planlaşdırırıq”.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed