Şrift:
Qırğızıstan parlamenti sabiq prezident Atambayevin toxunulmazlıq statusunu ləğv edib
28.06.2019 [10:34] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstan parlamenti səs çoxluğu ilə respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunun ləğvinə qərar verib.

Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb. “Lazım olan qədər deputat sabiq prezidentin toxunulmazlığının ləğvinə səs verib. Həmin qərar qəbul olunduqdan sonra Atambayev cinayət məsuliyyətinə cəlb oluna bilər”, - deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, qərarın lehinə 120 parlament üzvünün 106-sı səs verib.

Sabiq prezidentin toxunulmazlıq statusundan məhrum edilməsi üzrə komissiyanın və respublika Baş prokurorluğunun məlumatına əsasən, Atambayevin adı qanun pozuntusu ilə bağlı beş epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən buraxılmasında, həmçinin paytaxtın istilik elektrik stansiyasına qanunsuz kömür daşınmasını təmin etməkdə və Çuy vilayətinin Koy-Taş kəndində yaşayış evi tikmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.

Bir il altı ay bundan ərzində Atambayevin yaxın ətrafından olan bir neçə şəxs, o cümlədən iki sabiq Baş Nazir, paytaxtın iki meri, bir sıra nazirlər, deputatlar və yüksək vəzifəli digər sabiq məmurlar korrupsiya şübhəsi ilə həbs olunublar. Onların işləri üzrə məhkəmə prosesləri indiyədək davam edir.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed